İtaliyanın Savona vilayətinin Arnasko qəsəbəsində yaşayış binasında baş vermiş partlayışda 5 nəfər ölüb, 1 nəfərin isə ciddi yaralanıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qaz sızması nəticəsində baş verən şiddətli partlayış 4 mənzildən ibarət binanın tamamilə dağılmasına və ətrafdakı tikililərin zərər görməsinə səbəb olub. Xilasedicilər zərər görmüş binalardan insanların təxliyə olunmasına başlayıblar.
Arnaskonun meri Alfredino Gallizia gecə saatlarında baş vermiş hadisənin səbəblərinin araşdırıldığını bildirib. O deyib ki, daha əvvəl bu cür güclü partlayışın şahidi olmayıb: “Bina yerlə-yeksan olub. Yanğınsöndürənlər, xilasedicilər və polis dağıntılar altında başqa kiminsə qalıb-qalmadığını müəyyənləşdirməyə çalışır”.