İtaliyada keşişlər mafiozu alqışlayaraq, yürüş keçirib
11 iyul 2014 05:47 (UTC +04:00)

İtaliyada keşişlər mafiozu alqışlayaraq, yürüş keçirib

Katolik kilsəsi İtaliyanın cənubunda, Oppido-Mamertin şəhərində dini yürüşün keçirilməsini müvəqqəti olaraq, yasaqlayıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, buna səbəb yerli mer və polisə məhəl qoymadan din xadimlərinin xaç yürüşünü nəzərdə tutulan marşrutdan çıxararaq, ev dustağı olan yerli mafiya başçısını alqışlamağa getməsi göstərilib.

 

Mənbə bildirib ki, Bakirə Məryəmin iri heykəlinin ardınca düşən yürüşçüləri görən iki polis dindarların getdiyi marşrutu bildiklərindən etiraz əlaməti olaraq, evlərinə gediblər. Yürüşçülər isə cinayətkar avtoriteti alqışlamaq üçün yollarına davam edib.
 

Kalabriya əyalətinin arxiyepiskopu asayiş keşikçilərinin göstərişinə əməl etmədikləri üçün keşişlərin hərəkətini mühakimə edib.

 

Bu hadisə İtaliya cəmiyyətinin etiraz və hiddətinə səbəb olub.

 

Xatırladaq ki, iki həftə öncə Roma Papası Frantsisk mafiozları “şeytanın qulluqçuları” adlandıraraq, kilsədən ayrılmalarını istəmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar