İtaliya prezidenti Giorgio Napolitano ifadə verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun ötən əsrin 90-cı illərində mövcud olan mafiya ilə bağlı şahid qismində ifadəsi alınıb.
Prezident hakim və prokurorlar tərəfindən üç saata yaxın dindirilib.
Dövlət başçısına 1993-ci ildə ən böyük mafiya təşkilatlarından olan Cosa Nostra ilə əməkdaşlıq edən sabiq daxili işlər naziri Nicola Mancino haqqında da suallar verilib.
Qeyd edək ki, prokurorlar 1992-ci ildə öldürülən hakim Giovanni Falconenin və arvadının ölümündən sonra dövlət işçilərinin (məmurların) mafiya ilə əməkdaşlıq etdiyini iddia edirlər.