İtaliya Futbol Federasiya prezidentliyinə əsas namizəd Karlo Tavekko qalmaqalın mərkəzindədir.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, irqçilikdə ittiham olunur.
Ölkənin futboluna potensial başçı İtaliya çempionatında çıxış edən afrikalı legionerlərin ünvanına qəbul edilməyən fikirlər söyləyib.
O, deyib ki, İngiltərəyə legioner kimi gedənlər orada asanlıqla iş üçün razılıq ala bilmir: “Ancaq İtaliyaya əllərindən bananla gələnlər bu gün ölkənin birinci “Latsio” klubunda oynamağa iddia edirlər”.
Bir müddət sonra K.Tavekko deyib ki, niyyəti İngiltərədə işləmək üçün icazə almağın çətinliyini demək olub.