İtaliya Azərbaycan qazı ilə bağlı qərar verib
13 sentyabr 2014 10:58 (UTC +04:00)

İtaliya Azərbaycan qazı ilə bağlı qərar verib

İtaliya hökuməti Transadriatik Qaz Kəməri (TAP) layihəsinə dair daha bir mühüm addım atıb – kəmərin İtaliya hissəsi üçün ekoloji uyğunluq fərmanını imzalayıb.

 

TAP-dan “APA-Economics”ə daxil olan məlumata görə, TAP konsorsiumu tərəfindən təqdim edilən sənədi İtaliyanın ekologiya naziri Cianluka Qalletti (Gianluca Galletti) imzalayıb.

 

Razılıq yerli icmaların iştirakçıları, ictimai məsləhətləşmələr və prosesə yaxından cəlb olunmuş hökumətin milli və regional orqanları da daxil olmaqla mütəmadi geniş müzakirələrdən sonra əldə olunub.

 

Məlumatda bildirilir ki, TAP dünya səviyyəli layihəni İtaliyaya məsuliyyətlə çatdırmağa çalışır və bütün iştirakçılarla birgə sıx əməkdaşlığı davam etdirəcək.

 

Enerji İnformasiya Agentliyinin (EİA) yekun hesabatı İtaliya, o cümlədən Avropa Birliyinin norma və qanunvericiliyinə uyğundur, habelə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) beynəlxalq tələblərinə cavab verir.

 

Qeyd edək ki, TAP boru kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Avropaya ixracı üçün nəzərdə tutulub. 870 km uzunluğunda boru kəməri Yunanıstandan başlayacaq və Türkiyə, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya qədər uzanacaq.

 

TAP-ın səhmdarları “BP” (20%), “SOCAR” (20%), “STATOIL” (20%), “FLUXYS” (16%), “TOTAL” (10%), “E.ON” (9%) və “AXPO” (5%) şirkətidir.

 

Xatırladaq ki, Qərb mətbuatı Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı İtaliyada etirazların davam etdiyi yazırdı.

 

Etirazçılar TAP-ın marşrutunu dəyişməyi tələb edirdilər. Kəmərin bir hissəsi İtaliyanın Adriatik dənizi sahillərindəki Salento bölgəsindən keçməlidir. Yerli əhali və ekoloqlar bildirirdilər ki, bu ərazidə qaz ixracı kəmərinin tikintisi ətraf mühitə zərbə vuracaq, tarixi abidələri təhlükə qarşısında qoyacaq və zeytun bağlarının məhvi ilə nəticələnəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1528
avatar

Oxşar yazılar