İsveçrənin Sankt-Qallen şəhərində məsciddə açılan atəş nəticəsində bir nəfər ölüb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ibadət evindən bir nəfər kişi meyiti aşkar edilib.
Hadisə yerinə gələn polis bir silahlı şəxsi saxlayıb. Cinayətin motivi hələ ki, məlum deyil.