İsveçrə hökuməti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin bank hesablarının dondurulması haqda qərar qəbul edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, həmin qərar əsasən, onun ölkə banklarında hesablarının olması araşdırılır.
«Federar Şura İsveçrədə aşkarlanacağı halda Yanukoviçin istənilən hesabının dondurulması haqda qərar qəbul edib» -deyə, hökumətin təmsilçisi Andre Simonatstsi «Röyter»ə bildirib.