İsveçdə məscid yandırıldı: xəsarət alanlar var
25 dekabr 2014 22:18 (UTC +04:00)

İsveçdə məscid yandırıldı: xəsarət alanlar var

0

İsveçin Eskilstuna şəhərində naməlum şəxs məsciddə yanğın törədib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə  Expressen nəşri məlumat yayıb.

 

Məlumata görə, insident İsveçdə miqrasiya ilə bağlı gərgin diskussiyalar fonunda baş verib.  

 

Hadisənin baş verdiyi məscidin yaşayış binasının birinci mərtəbəsində yerləşdiyi bildirilir. Yanğın baş verən an məsciddə 20-dək dindar olub.   

 

“Hadisə şahidinin sözlərinə görə, naməlum şəxs binaya yaxınlaşaraq yandırıcı maye ilə dolu əşyanı pəncərədən içəri atıb. Bundan dərhal sonra yanğın başlayıb”, deyə şəhər polisinin mətbuat katibi Lars Fransell bildirib.   

 

Onun sözlərinə görə, hadisə nəticəsində, 5 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar