İsveç Ukraynanın Avropaya inteqrasiyası üçün aparılan islahatlara dəstək məqsədilə 25 milyon avro ayıracaq.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bunu İsveçin Ukraynadakı səfiri Andreas Bekerat deyib.
“Mənim ən vacib vəzifələrimdən biri bu ölkəyə Avropa İttifaqına inteqrasiya məsələlərində yardım etməkdir. Həmçinin ölkəmiz Ukraynadakı islahatlara dəstək vermək üçün ilkin olaraq 25 milyon avro ayıracaq”, - deyə diplomat bildirib.