İsveç də Fələstinin müstəqilliyini tanıdı
30 oktyabr 2014 13:27 (UTC +04:00)

İsveç də Fələstinin müstəqilliyini tanıdı

0

İsveç rəsmən Fələstini müstəqil dövlət kimi tanıyıb.  

 

APA-nın “Press TV” telekanalına istinadən verdiyi xəbərə görə, bunu İsveçin xarici işlər naziri Marqot Valstrom bəyan edib.

 

“Bu gün hökumətimiz Fələstini müstəqil ölkə kimi tanımaq barədə qərar verib. Bu, fələstinlilərin öz müqəddaratını təyin etmək hüququnu təsdiq edən çox vacib qərardır”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, bu vaxtadək Polşa, Macarıstan və Slovakiya Fələstinin müstəqilliyini tanıyıb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 627

Oxşar yazılar