İstidən ölənlərin sayı 1700-ü keçdi
29 may 2015 03:37 (UTC +04:00)

İstidən ölənlərin sayı 1700-ü keçdi

Hindistanda bir həftədir davam edən anomal isti hava nəticəsində ölənlərin sayı 1700 nəfəri keçib.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında  qeydə alınıb –1300 nəfər.  Telanqana ştatında isə  440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47  dərəcə isti qeydə alınıb.    

 

Andxra Pradeş ştatının rəhbərliyi səyyar yardım məntəqələrinin yaradıldığını elan edib. Bu məntəqələrdə sakinlər içməli su və süd ilə təmin olunurlar.  

 

Qərbi Benqaliya, Bixar, Odişa və paytaxt Nyu Delidə də onlarla insan isti havanın qurbanı olub.  

 

Sinoptiklər isti havanın həftənin sonunadək davam edəcəyini proqnozlaşdırırlar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar