Hindistanda 50 dərəcəyə çatan istilər səbəbindən ölənlərin sayı 1118 nəfərə çatıb.
Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, Hindistan rəsmiləri ölü sayının artacağını bildirib. Qərbi Benqal və Orissa ərazilərində 24 nəfər, 46 dərəcə isti olan Telangana ştatında isə 226 nəfər dünyasını dəyişib.
Hindistan Meteorologiya İdarəsi Orissa, Jarkhand və Andra Pradeş ştatlarında 45 dərəcədən artıq istilərin olacağını bildirib.