Türkiyədə terrorçular ictimai asayişi pozmaqla insanları təşviş içində saxlamağa çalışır. Lent.az-ın məlumatına görə, son olaraq dünən gecə İstanbulun Fatih rayonunun Qumqapı məhəlləsində terrorçular tərəfindən 7 avtomobil yandırılıb.
Belə ki, terrorçular yol kənarında park edilmiş avtomobillərin üstünə benzin tökərək od vurulublar.
Qeyd edək ki, bundan əvvəl Bəyoğlu məhəlləsində ayrı-ayrı vaxtlarda avtomobilləri yandıran bir qurub PKK üzvü İstanbul polisi tərəfindən zərərsizləşdirilmişdi.