İstanbulda polis şöbəsində partlayışın təşkilində iki Dağıstan sakini şübhəli bilinir
14 yanvar 2015 05:51 (UTC +04:00)

İstanbulda polis şöbəsində partlayışın təşkilində iki Dağıstan sakini şübhəli bilinir

0

İstanbul prokurorluğu ötən həftə şəhərin mərkəzindəki Sultanahmet meydanında törədilmiş terror aktını hazırlamaqda şübhəli bilinən ikisi Dağıstan sakini olmaqla 3 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edib. APA-nın məlumatına görə, bu barədə “Anadolu” xəbər agentliyinə məhkəmədəki mənbə bildirib.  

 

Qeyd edək ki, terror aktı ilə bağlı ümumilikdə 3-ü Dağıstan sakini olmaqla 6 nəfər saxlanılmışdı. Dindirilən altı nəfərdən 3-nə (ikisi dağıstanlı olmaqla) “terror qruplaşmasına dəstək” ittihamı irəli sürülüb. Prokurorluq onların həbsi ilə əlaqədar məhkəməyə müraciət edib.    

 

Qeyd edək ki, yanvarın 6-da İstanbulun mərkəzində polis şöbəsində törədilmiş partlayış nəticəsində asayiş keşikçisi ölüb, ikisi isə yaralanıb. Partlayış qadın-kamikadze tərəfindən törədilib. Məlumata görə qadın İstanbulun tarixi mərkəzindəki Sultanahmet meydanı yaxınlığında Turizm Polisi İdarəsinin növbətçi postuna yaxınlaşaraq, ingilis dilində çantasının itdiyini bildirib və içəri daxil olmağa cəhd edib. Lakin polis onu dayandırdıqda o, üzərinə quraşdırılmış partlayıcı qurğunu işə salıb.

 

Sonradan Türkiyə mətbuatı partlayışı törədən qadın-kamikadzenin Rusiya vətəndaşı Diana Ramazova olduğunu bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar