İstanbulda metro stansiyasında partlayış baş verib. APA TV-nin məlumatına görə, partlayış metronun “Bayrampaşa” stansiyasının 100 metrliyində, yol kənarında qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Araşdırmalar nəticəsində məlum olub ki, kustar üsulla hazırlanan bomba təsirli olub.
Partlayışdan sonra qatarda olan sərnişinlər evakuasiya ediliblər. Daha sonra metronun qrafiki dəyişib. İstanbul metrosu təxminən 1 saat tək tərəfli xətt üzrə hərəkət etməyə başlayıb.
Partlayışda yaralanan şəxsin kimliyi də məlum olub. Bu 36 yaşlı Adnan Yalçındır.
Xəstəxanaya qaldırılan A.Yalçının vəziyyətinin normal olduğu bildirilib.
İstanbulun polis rəisi hadisəni terror adlandırıb və ərazidə genişmiqyaslı əməliyyatın keçirildiyini vurğulayıb.
***** 04.44
İlkin məlumata görə, İstanbulun “Bayrampaşa” metrostansiyasında partlayışa səbəb terror aktı olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polisdəki mənbələrin məlumatına görə, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Bu məlumatı həmçinin Bayrampaşa rayonunun rəhbəri Atilla Adıner də təsdiqləyib.
Son məlumata gör, İstanbulun “Bayrampaşa” metrostansiyasının yaxınlığındakı piyada keçidində baş vermiş partlayış nəticəsidə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.