İstanbulda daha 4 nəfər saxlanıldı
13 yanvar 2016 22:36 (UTC +04:00)

İstanbulda daha 4 nəfər saxlanıldı

İstanbulda baş vermiş terror aktı ilə əlaqədar daha 4 nəfər saxlanılıb.

 

APA-nın CNN Turk-ə istinadən verdiyi məlumata görə, bunu Türkiənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

 

“İstanbulda baş vermiş terror aktının araşdırılması çərçivəsində daha 4 nəfər saxlanılıb”, deyə Ə.Davudoğlu bildirib.

 

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində zərər çəkmiş 6 nəfər hələ də xəstəxanadadır.

 

Xatırladaq ki, yanvarın 12-də İstanbulda törədilmiş partlayış nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar