İsrail polisi XİN rəhbəri Aviqdor Libermanın rəhbəri olduğu partiyanın üzvləri də daxil olmaqla 20-dən çox məmur saxlayıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə polisin açıqlamasında bildirilir.
Məlumata görə, saxlanılanların arasında keçmiş turizm naziri Faina Kirşenbaum da var. Onun barəsində dekabrın 28-dək həbs qətimkan tədbiri seçilib.
Daha 4 saxlanılan şəxs məhkəmənin qərarı ilə ev dustağı edilib.
Qeyd edək ki, bir müddət əvvəl Yerusəlimin keçmiş meri Uri Lupolyanskiyə rüşvət aldığına görə 6 il müddətində azadlıqdan məhrum edilib.