Beynəlxalq Cinayət Məhkəməsi mümkün hərbi cinayətlərlə əlaqədar İsrail haqqında ilkin istintaq tədbirlərinə başlayıb.
Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru xanım Fatu Bensuda Fələstində mümkün hərbi cinayətlərlə bağlı ilkin istintaqa başladığını deyib.
Qambiyalı prokuror istintaqı tam müstəqil və tərəf saxlamadan apacağını deyib.