Qəzzada toqquşmalarda ölənlərin sayı 39-a çatdı
15 oktyabr 2015 02:42 (UTC +04:00)

Qəzzada toqquşmalarda ölənlərin sayı 39-a çatdı

0

İsrail-Fələstin münaqişəsinin gərginləşməsi 32 fələstinli və 7 İsrail vətəndaşının həyatına son qoyub.

 

APA-nın “Al Jazeera”-ya istinadən verdiyi məlumata görə, oktyabrın 1-dən etibarən İsrailin güc strukturları ilə toqquşmalarda 2 min fələstinli yaralanıb.

 

Xəsarət alan İsrail vətəndaşlarının sayı 83-ə çatıb. Toqquşmalar həmçinin Qüdsün ətrafı və İordan çayının qərb sahilində baş verir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar