Martın 17-də İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək.
APA-nın UNN agentliyinə istinadən verddiyi xəbərə görə, seçkilər ötən ilin dekabrında, maliyyə naziri Yaira Lapid və ədliyyə naziri Tsipi Livnini istefaya göndərilməsindən sonra təyin edilib.
Müşahidəçilərin rəyinə əsasən, baş nazir Benyamin Netanyahunun “Likud” partiyası ikinci yeri tutacaq. Seçkilərin favoriti sol mərkəzçi “Sionist Düşərgəsi” bloku hesab edilir. “Birləşmiş Ərəb Siyahısı" sayına görə üçüncü parlament fraksiyası ola bilər.
Seçkilərdə 26 siyasi təşkilat 120 deputat mandatı uğrunda mübarizə aparacaq.