İsrail əsgərləri türk fotomüxbiri yaraladı
24 oktyabr 2015 01:38 (UTC +04:00)

İsrail əsgərləri türk fotomüxbiri yaraladı

0

Qəzza sərhəddində İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma baş verib.

 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yaşanan hadisələri lentə alam Anadolu Agentliyinin fotomüxbiri Mustafa Hassune yaralanıb.

 

Qarşıdurma zamanı israilli əsgərlər müxbirə göz yaşartıcı qaz atıblar. Boğulma təhlükəsi ilə üzləşən Mustafanın ayağı ağır yaralanıb. Göz yaşartıcı qaz qutusunun onun ayağına atıldığı bildirilib.

 

Səhiyyə işçiləri fotomüxbiri hadisə yerindən uzaqlaşdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar