İsrail daha 8 min əsgəri səfərbər edib
17 iyul 2014 00:10 (UTC +04:00)

İsrail daha 8 min əsgəri səfərbər edib

0

İsrailin təhlükəsizlik şurası Qəzza zolağında keçiriləcəyi ehtimal olunan yerüstü hərbi əməliyyatlarla bağlı ehtiyatda olan 8 min əsgəri hərbi xidmətə çağırıb.

 

Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, İsrail radiosu bildirib ki, 8 min əsgər bir müddət öncə səfərbər edilmiş ehtiyatda olan 40 min hərbçiyə əlavə olunacaq.

 

Mənbə bildirib ki, qərar təhlükəsizlik şurasının üzvləri arasında telefon vasitəsi ilə keçirilən səsvermədən sonra qəbul edilib.

 

Məlumata əsasən, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanın uzun müddətə silahlardan təmizlənməsinin vacibliyini söyləyib.

 

“İsrail atəşkəsi qəbul, “HƏMAS” isə rədd edən sonra başlayan atışmanın, eləcə də  İsrail və Qəzzadakı günahsızların  öldürülməsinin məsuliyyətini “HƏMAS” daşıyar” -deyə, B.Netanyahu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar