Qəzza zolağında hərbi əməliyyatları dayandırması ilə bağlı beynəlxalq təzyiqlərə İsrail müqavimət göstərəcək. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu bu bəyanatla çıxış edib.
O, bildirib ki, iyulun 8-də İsrail ordusu Qəzzada mindən artıq hədəfi vurub.
Onun sözlərinə görə, 2012-ci ildəki oxşar hərbi əməliyyatlarla müqayisədə İsrail ordusu iki dəfə çox güc tətbiq edib.
Xatırladaq ki, bu il iyulun 8-də B.Netanyahu ölkə ərazisinin raket atəşinə tutulmasına cavab olaraq, Qəzza zolağında hərbi əməliyyatların başladığını elan edib.
Mənbə bildirib ki, hərbi əməliyyat nəticəsində yüzdən çox insan ölüb, 670 nəfər isə yaralanıb.