İsrailin Müdafiə Nazirliyi ABŞ hakimiyyətində 2017-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan hərbi-maliyyə yardım proqramını təsdiqləməyi tezləşdirməyə çağırıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, 2007-ci ildə qəbul edilən proqramın müddəti 2017-ci ildə başa çatır. Mənbənin məlumatına əsasən, İsrail ABŞ-dan illik hərbi- maliyyə yardımı 3 milyard dollardan 3,2 – 3,5 milyard dollaradək artırmağı istəyib.
İsrailin Müdafiə Nazirliyi hesab edir ki, bu proqram qəbul olunacağı halda 5 illik planda xərclər ixtisar edilə bilər.
Qurum bildirib ki, hazırkı vəziyyətdə döyüş qabiliyyətin mövcud tələblərə uyğun saxlamaqla Maliyyə Nazirliyinin xərcləri ixtisar tələbini yerinə yetirə bilmir.
Mənbə xatırladıb ki, bir müddət öncə ABŞ yardımı artıracağını boyun olsa da, onu 2,8 milyard dollaradək azaldıb.
Mayın 9-da İsrailin Müdafiə Nazirliyi bildirib ki, maliyyə çatışmazlığı ucbatından “Dönüş nöqtəsi – 8” adlı hərbi təlim təxirə salınıb. Qurum xəbərdarlıq edib ki, maliyyə vəsaitinin çatışmazlığı üzündən tezliklə bütün təlimlər ixtisar olunacaq.