İsrail hakimiyyəti Qətərin “Əl-Cəzirə” telekanalının yayımına qadağa qoymaq niyyətindədir.
Lent.az-ın “Gazeta.ru”ya istinadən məlumatına görə, bu barədə məlumatı İsrail XİN rəhbəri Aviqdor Liberman “Feysbuk” səhifəsində dərc edib. O, “Əl-Cəzirə” telekanalının Fələstinin “HƏMAS” qruplaşmasının təbliğat maşını olduğunu bildirib.
“Biz telekanalın İsrail ərazisində yayımının qarşısını almaq üçün tədbirlər görəcəyik” - deyə Liberman vurğulayıb.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Qəzza zolağında baş verən hadisələri fasiləsiz rejimdə işıqlandırır.