İspaniyanın baş naziri korrupsiya ittihamlarına cavab verəcək
23 iyul 2013 07:06 (UTC +04:00)

İspaniyanın baş naziri korrupsiya ittihamlarına cavab verəcək

İspaniyanın baş naziri Mariaon Raxoy korrupsiya ittihamı ilə bağlı ünvanına söylənilənlərə parlamentdə cavab verəcəyini söyləyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bildirib ki, iki həftə ərzində deputatlara tam hesabat verəcək və bütün vacib izahatları təqdim edəcək.

 

Hakimi Xalq Partiyasının keçmiş xəzinədarı Luis Barsenas baş naziri qanunsuz ödənişləri alanlardan biri olduğunu iddia edir. Hazırda o, «dələduzluq və rüşvətxorluqda» ittiham olunur.

 

Baş nazir ünvanına deyilənləri təkzib edir.

İspaniya KİV-in məlumatına əsasən, Raxoy 2011-ci ilin mayından 2013-cü ilin martınadək xəzinədarla «birbaşa və davamlı»  təmas saxlayıb.

 

Bir müddət öncə müxalifət parlamentdə baş naziri etimadsızlıq göstərəcəyi ilə hədələmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395
avatar

Oxşar yazılar