İspaniyanın 53 şəhərində on minlərlə insan Aİ və ABŞ arasınsa imzalanacaq azad ticarət sazişinə (Transatlantic Trade and Investment Partnership, TTIP)
qarşı dünya miqyasında keçirilən aksiyaya qoşulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ən böyük aksiya paytaxt Madriddə baş tutub. Məlumata görə, yürüşdə 50 mindək etirazçı iştirak edib.
Qeyd edək ki, ticarət və investisiyalar haqqında Transatlantik saziş (TTIP - Transatlantic Trade and Investment Partnership) ətrafında qapalı danışıqlar 2013-cü ilin iyulundan davam edir. Saziş layihəsinin bu il hazırlanması gözlənilir. Bundan sonra saziş Avropa Parlamenti və Aİ ölkələrinin parlamentləri tərəfindən 1,5 il ərzində təsdiqlənməlidir.