İspaniyada aviadispetçerlər iyulun 11-dən tətilə başladıqlarını bəyan ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, turizm mövsümünün qızğın çağında aviadispetçerlər dörd gün ərzində işlərini dayandıracaqlar.
Tətilin ümumilikdə dörd gün davam edəcəyi nəzərdə tutulub (11-12 iyul və 25-26 iyul).
Aviadispetçerlər vəzifəsindən azad olunmuş həmkarlarının işə bərpa edilməsi və 2010-cu ildəki tətildə iştiraka görə kəsilmiş 61 cərimənin ləğv olunmasını tələb edirlər.