İspaniyanın Liviya səfirliyi qarşısında partlayış baş verib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Tripolidə baş verən insident nəticəsində ölən və yaralanan olmasa da, binaya xeyli zərər dəyib.
Partlayıcı qurğu səfirliyin hasarı yaxınlığında gizlədilib. İlkin ehtimala görə, partlayışı İŞİD terror qruplaşmasına yaxın ekstremistlər törədib.
Qeyd edək ki, İspaniya səfirliyinin əməkdaşları ötən ilin yayında Liviyanın paytaxtını tərk edib.