Bu gün İspaniya parlamentinin aşağı palatası kral Xuan Karlosun taxt-tacdan imtina etməsi ilə bağlı qanun qəbul edib.
Lent.az-ın xəbərinə görə, qanunu 299 deputat dəstəkləyib. 19 nəfər qanunun əleyhinə səs verib, 23 nəfər bitərəf qalıb.
Xuan Karlos iyunun 2-də oğlu Felipenin xeyrinə taxt-tacdan imtina edib. 1975-ci il noyabrın 22-dən krallıq edən Xuan Karlos son zamanlar ailəsinə qarşı korrupsiya ittihamlarına görə tənqid hədəfidir. Xuan Karlosun qızı Kristinaya və onun ərinə qarşı korrupsiya ittihamı irəli sürülüb.