İspan tarixçiləri İsa peyğəmbərin “Müqəddəs Piyalə”-sini tapıb
28 mart 2014 07:10 (UTC +04:00)

İspan tarixçiləri İsa peyğəmbərin “Müqəddəs Piyalə”-sini tapıb

0

İspaniyalı tarixçilər Marqartia Torres və Xose Migel Orteqa nadir tapıntı haqda açıqlama verib.

 

Lent.az-ın “BBC” –yə istinadən məlumatına görə, onlar İspaniyanın Kastiliya-Leon vilayətinin Leon şəhərindəki kilsədən İsa peyğəmbərin “«Müqəddəs Piyaləsi” ni (“Müqəddəs Grail”) tapdıqlarını bildiriblər.

 

Xristianlıq üzrə mütəxəssislərin qənaətincə, onun izləri orta əsrə aid başqa bir piyalədə aşkarlanıb.

 

Torres və Orteqa əminliklə bildirib ki, müstəqil Leon monarxı bu qabı X əsrdə əldə edib.

 

Mənbə onu da vurğulayıb ki, son zamanlar tarixçilər Avropa ərazisində 200-ə yaxın ”Müqəddəs piyalə” aşkarlayıblar.

 

Orteqa və Torres bu piyaləni İspaniya Mədəniyyət Nazirliyinin maliyyə vəsaiti hesabına üç il axtarıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 923

Oxşar yazılar