İspan deputatlardan milli komandaya verilən mükafata etiraz
08 iyun 2014 07:46 (UTC +04:00)

İspan deputatlardan milli komandaya verilən mükafata etiraz

0

İspaniyalı deputatlar futbol üzrə milli komandanın oyunçularına 2014-cü ilin birinciliyində qalib gələcəkləri halda vəd olunan pul mükafatının məbləğinə etiraz ediblər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, İspaniya millisi qalib gələcəyi halda hər oyunçu 720 min avro mükafat alacaq. Komanda finala çıxacağı təqdirdə oyunçuların hər birinə 360 min avro veriləcək. Yarımfinala görə isə 180 min avro alacaqlar.

 

“İspaniya oyunçularına vəd edilən mükafat almanlarınkından iki dəfə çoxdur. Biz onlardan iki dəfə varlıyıqmı?” -deyə, deputat Xosepa Antoni Düran bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1129

Oxşar yazılar