Amerikanın “We Are Social” marketinq agentliyi dünya ölkələrində internetin yayılma dərəcəsini müəyyən edib.
Lent.az-ın Modern.az-a istinadən məlumatına görə, marketinq agentliyinin rəsmi səhifəsində İslandiya sakinlərinin internetə çıxış faizinə görə dünyada lider olduqları qeyd edilib. Bu ölkədə əhalinin 98%-nin internetə çıxış var. İkinci pillədə Bermud Adaları (97%), üçüncü isə Norveç (96%) olub.
214 ölkənin internet göstəricisinin yer aldığı reytinqdə son pillələri Çad (2,5%), Niger (2%) və Şimali Koreya (0,03%) tutub. Maraqlıdır ki, Şimali Koreyada internet istifadəçilərinin sayı cəmi 7 min 200 nəfərdir. Statistikaya görə Yer kürəsinin 7,395 milyon sakinindən 3,419 milyonu aktiv internet istİfadəçisidir.