İslam Respublikası ilə Ermənistan arasında ticarət dövriyyəsi artıb
Ermənistanla İran arasında ticarət dövriyyəsi 2013-cü ildə artaraq, 293 milyon dollar təşkil edib.
Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu haqda İslam Respublikasının İrəvandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Amayak Aavandis Yanes bildirib.
O, qeyd edib ki, ötən il İran Ermənistana 198 milyon dollarlıq mal ixrac edib. Yanesin sözlərinə görə, müsbət saldo 103 milyon dollar olub.
Ermənistanın İslam Respublikasındakı səfiri Qrikor Arakelyan isə bir müddət əvvəl iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanların artdığını söyləmişdi.
867