İslam koalisiyası Suriyaya xüsusi təyinatlıları göndərəcək
15 dekabr 2015 23:37 (UTC +04:00)

İslam koalisiyası Suriyaya xüsusi təyinatlıları göndərəcək

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya xüsusi təyinatlı qüvvələrin Suriyaya göndərilməsi məsələsini müzakirə edir. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cübeyrə bildirib.    

 

“Koalisiyanın tərkib hissəsinə çevrilmiş ölkələr - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və s.  xüsusi təyinatlı dəstələrin göndərilməsinə dair danışıqlar aparırlar”, deyə o qeyd edib.

 

Onun sözlərinə görə, danışıqlarda bu cür əməliyyatın məqsədləri və vəzifələri müzakirə olunur, məsələyə yaxın bir neçə həftə ərzində tam aydınlıq gətiriləcək.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 müsəlman ölkəsi terrora qarşı koalisiya formalaşdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar