İŞİD Yəməndəki terror aktına görə məsuliyyəti üzərinə götürdü
21 iyun 2015 02:52 (UTC +04:00)

İŞİD Yəməndəki terror aktına görə məsuliyyəti üzərinə götürdü

İŞİD (İraq Şam İslam Dövləti) terror qruplaşması Sanada məscidin qarşısında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 20-də minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

Bundan əvvəl, iyunun 17-də Yəmənin paytaxtında törədilən bir  neçə terror aktı nəticəsində 31 nəfər həyatını itirmişdi. Şəhərin müxtəlif bölgələrində “Ənsər Allah” (husilər) hərəkatı ilə bağlı bina və məscidlərdə partlayıcı qurğular işə düşmüşdü. Terror aktlarına görə  məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247

Oxşar yazılar