Suriyada ərinə xəyanətə görə ilk daşqalaq olayı gerçəkləşib.
Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın Həma şəhərində 23 yaşlı qadının daşqalaq olunduğu anların əks edildiyi videoda yayıb.
Qadın atasına yalvarır, "Bağışla məni, ata, Allah xətrinə, bağışla!" söyləyir. Ata isə "Bu qadın artıq mənim qızım deyil və Şəriətə uyğun cəzasını almalıdır! Səni bağışlamıram! Bacarmaram, ürəyim sözümə qulaq asmır! Mənə ata demə!" söyləyir.
Qadının ərinə xəyanətə və zinakarlığa görə daşqalaq cəzası aldığını İŞİD mənsubu kameraya baxaraq söyləyir. Sonra zavallı qadın xəndəyə oturdulur və ona ilk daşı da atası atır. Videonu İŞİD mənsubu olan Əbu Fətimə yayıb.