İŞİD-in döyüşçüləri Suriya-Türkiyə sərhədində dəmiryolunu keçərək Türkiyə ərazisindəki minalı sahəyə keçib. Lent.az-ın milliyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, iki İŞİD döyüşçüsü Kobaniyə getmək istəyən bir nəfəri tutmaq üçün Türkiyə ərazisinə adlayıb. İŞİD döyüşçüləri həmin şəxsi onların yanına çağırsa da, naməlum şəxs İŞİD döyüşçülərinə tabe olmayıb.