İŞİD terror təşkilatı girov götürdüyü türkiyəli TIR sürücülərini azad edib. Lent.az-ın xəbərinə görə, 32 nəfər TIR sürücüsü yaxın saatlarda Mahmur düşərgəsində (Mahmur düşərgəsi Ərbilə 100 kilmetr məsafədə yerləşir-red)
vəzifəli şəxslərə təhvil veriləcək.
Azad edilən Xəlil Ada adlı sürücü “Yeni Şafak” qəzetinə verdiyi açıqlamada, İŞİD-in avtomobilləri qaytarmadığını bildirib.
İŞİD Mosula mazut daşıyan 32 nəfər türkiyəli TIR sürücüsünü iyunun 10-da girov götürmüşdü.