İŞİD Tunisdəki terrorun məsuliyyətini öz üzərinə götürdü
26 noyabr 2015 06:24 (UTC +04:00)

İŞİD Tunisdəki terrorun məsuliyyətini öz üzərinə götürdü

0

İŞİD terror qruplaşması Tunisin paytaxtında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin bütün dövlət idarələrində, hava limanlarında, səfirliklərdə, əsas avtomagistrallarda təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Terror aktı baş vermiş ərazidə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, noyabrın 24-də Tunisdə terrorçu-kamikadze minalanmış avtomobili avtobusa çırparaq partladıb, nəticədə 13 nəfər ölüb, 20 nəfər yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar