İŞİD Suriyada parad keçirib
05 iyul 2014 07:04 (UTC +04:00)

İŞİD Suriyada parad keçirib

 

İŞİD İraqda ələ keçirdiyi qənimət silahları və texnikanı Suriyada ələ keçirdiyi ərazilərdə nümayiş etdirib. Terrorçular Rəqqa şəhərində "hərbi parad" təşkil edib. Silahların arasında uzaq mənzilli bir "Skat" raketinin də olduğu bildirilir. Suriyada fəaliyyət göstərən İŞİD fəallarından əbu-Bəra adlı  təşkilat üzvü bu silahlarla işğal etdikləri əraziləri daha da genişləndirəcəklərini iddia edib.

 

 İraq ordusundan ələ keçirdiyi silahları İŞİD-in sürətlə Suriya ərazisinə daşıdığı qeyd olunur. Buna görə də terrorçu təşkilat Suriya-İraq sərhədindəki bütün məntəqələri ələ keçirməkdə israrlıdır.

 

APA TV-nin Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bir müddətdir silahlı qarşıdurmaların davam etdiyi və ciddi lider boşluğu yaşanan İraqda Mosul, Tiqrit, Bakuba və Telafer kimi şəhərlərin  İŞİD-in nəzarətinə keçməsi nəticəsində öz yurd-yuvasından köç etmək məcburiyyətində qalan iraqlıların,özəlliklə türkmənlərin sayının milyonu keçdiyi vurğulanır.

 

İraq və Suriya ərazilərində İŞİD-ə qarşı havadan zərbələrin endirildiyi də qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2297
avatar

Oxşar yazılar