Suriya və İraqda İŞİD terror qruplaşmasının sıralarında 20 min əcnəbi döyüşür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Amerika mətbuatının əldə etdiyi ABŞ Konqresi Nümayəndələr palatasının Milli Təhlükəsizlik Komitəsinin sənədlərində öz əksini tapıb.
Məlumata görə, silahlıların sıralarında Qərb dövlətlərinin azı 3,4 min vətəndaşı döyüşür.
Azı 150 ABŞ vətəndaşı Suriyadakı münaqişə zonasına getməyə cəhd edib, lakin onların bir qismi Yaxın Şərqə gedərkən yolda həbs edilib, bir hissəsi isə döyüşlərdə həlak olub.
ABŞ Milli Antiterror Mərkəzinin rəisi Nik Rasmussen qeyd edib ki, Suriyaya silahlılar tərəfində döyüşməyə yollanan əcnəbilərin sayı son 20 ildə Əfqanıstan, Pakistan, Yəmən, Somali və İraqda silahlılara qoşulan əcnəbilərin sayını xeyli üstələyir.
Onun məlumatına görə, İraq və Suriyada silahlıların sırasında azı 90 dövlətdən gəlmiş əcnəbi döyüşür.