İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qədim Palmira şəhərinin muzeyini ələ keçiriblər. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Suriya hakimiyyətinin nümayəndələri muzeydəki eksponatlar döyüşlərin getdiyi zaman çıxarılaraq təhlükəsiz yerə aparılıb.
Qeyd edək ki, Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Palmiranın terrorçuların nəzarətinə keçməsi ilə bağlı dərin narahatlığını ifadə edib.