İraq hakimiyyəti Rusiyadan “Sukhoi” hərbi təyyarələrinin ilk partiyası təhvil alıb.
Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Abbas əl-Bəyati bu haqda açıqlama verib: “İyunun 28-də 10 “Sukhoi” təyyarəsi İraqa gətirilib. Qalan hissəsinin də yaxın günlərdə gətiriləcəyi gözlənilir”.
Bəyati bildirib ki, İŞİD yaraqlılarının hərbi düşərgələrinə zərbələri bu təyyarələr endirib, eləcə də Mosulda bu silahlılara qarşı savaşda “Sukhoi”-dən istifadə edilib.