İŞİD Rusiya təyyarəsini vurduğunu iddia edir
31 oktyabr 2015 20:52 (UTC +04:00)

İŞİD Rusiya təyyarəsini vurduğunu iddia edir

0

İŞİD terror qruplaşması Misirdə qəzaya uğramış Rusiyaya məxsus sərnişin  təyyarəsini vurduğunu iddia edərək buna görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İŞİD qruplaşması “Tvitter”də dərc etdiyi məlumatda  bu gün Sinay yarımadası üzərindən uçan təyyarəni vurduğunu bildirib.    

 

Bu məlumat həmçinin İŞİD-in qeyri-rəsmi xəbər agentliyi hesab edilən “Amaq” saytında da dərc edilib.

 

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Yerli silahlıların 10-11 km hündürlükdə uçan hədəfi vura biləcək silaha malik olmadığı qeyd olunur.  

 

Rusiyanın Nəqliyyat Nazirliyi və Misirin Müdafiə Nazirliyi bu məlumatı təkzib ediblər.  

 

Rəsmi qurumlar texniki nasazlığın qəzaya səbəb olduğunu əsas versiya kimi göstərir.   

 

Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 493

Oxşar yazılar