İŞİD terror qruplaşmasının silahlıları Suriyada qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib.
APA-nın BBC-yə istinadən məlumatına görə, şiddətli döyüşlərdən sonra silahlılar hökumət qoşunlarını qədim şəhərin bir neçə bölgəsindən sıxışdırıblar.
Qeyd olunur ki, yaxınlıqda yerləşən qaz yatağı da İŞİD-in hədəfindədir.
Terrorçuların Palmiraya hücumu may ayının əvvəlindən başlayıb. Döyüşlər zamanı hər iki tərəf böyük itki verib.
Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.