İŞİD qadınları xaricə satır
03 mart 2016 20:15 (UTC +04:00)

İŞİD qadınları xaricə satır

İŞİD terror qruplaşması əsir götürdükləri qadınları kütləvi şəkildə xaricə satır.

 

Lent.az-ın “oxu.az”-a istinadən məlumatına görə, bu barədə məlumatı İraq rəsmiləri veriblər.

 

İraqın Sincar şəhərinin meri Mixemma Xəlil sözlərinə görə, əsirlikdən azad edilən kürd qadınları bildiriblər ki, terrorçular qızları Pakistan, Əfqanıstan və Liviyaya satırlar, alıcılar arasında hətta çeçenlərin də olduğu bildirilir.

 

“Hələlik bizə qadınların İraq və Suriyadan necə çıxarılması məlum deyil”, - Xəlil deyib. - Lakin biz təxmin edirik ki, onlar ölkənin quru sərhədlərini qaçaqmalçılıq yolu ilə keçirlər.

 

O, həmçinin qeyd edib ki, əksər qadınları girov pulu ödəyib azad edə biliblər.

 

“Qaçırılan qadınlara çox vaxt telefon verirlər ki, onlar ailələri ilə əlaqə saxlayıb girov pulu istəsinlər”, - şəhər başçısı əlavə edib.

 

Əgər əsirin qohumları lazımı pulu toplaya bilirlərsə (bu məbləğ 10 min dollara qədər olur) onda işə vasitəçilər cəlb olunur. Onların köməyi ilə terrorçular pulu aldıqdan sonra qadını azad edirlər.

 

Bəzən qaçırılan qadınların yaxınları yaraqlılar ilə özləri danışığa girməyə cəhd göstərirlər, lakin bu cəhdlər uğursuzluqla başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar