İŞİD Palmirada 400 nəfəri edam etdi
İŞİD terror qruplaşması Suriyanın Homs vilayətində ələ keçirdiyi Palmira şəhərində 400 dinc sakini edam edib. APA TV-nin məlumatına görə, bu barədə Suriya milli telekanalı xəbər yayıb.
Öldürülənlərin böyük bir qisminin "Suriya hökuməti ilə əlaqələrdə ittiham olunan" qadınlar və uşaqlar olduğu bildirilir.
Qeyd edək ki, cümə axşamı şəhərdə başqa bir kütləvi edam haqda məlumat yayılıb. O vaxt Palmiranı ələ keçirəndən dərhal sonra silahlılar uşaqlar da daxil, 5 ailəni girov götürərək öz paytaxtları elan etdikləri Rakka şəhərinə aparıb, orada kamerada edam ediblər.
Xatırladaq ki, son günlər İŞİD Suriya və İraqda ciddi hərbi irəliləyişə nail olub. Terrorçular İraqda Ramadi, Suriyada isə qədim Palmira şəhərini ələ keçiriblər. Həmçinin Suriya-İraq sərhədində Dəməşqin nəzarətində qalan sonuncu keçid məntəqəsinin də terrorçular tərəfindən tutulduğu bildirilir.
97