İŞİD Liviyada 11 nəfərin başını kəsdi
25 fevral 2016 03:30 (UTC +04:00)

İŞİD Liviyada 11 nəfərin başını kəsdi

0

Liviyanın Sabrata şəhərində İŞİD silahlıları 17 təhlükəsizlik qüvvələri əməkdaşını  öldürüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sabrata şəhərinin meri bildirib.

 

Belə ki, 6 nəfər fevralın 23-də terrorçularla gedən döyüşlərdə ölüb. Bir gün sonra isə terrorçular təhlükəsizlik idarəsinin binasını ələ keçirərək 11 nəfərin başını kəsiblər.

 

Qeyd edək ki, fevralın 19-da ABŞ hərbi təyyarələrinin Sabrata şəhərinə hava zərbələri endirməsi nəticəsində 49 nəfər ölüb.  Hədəfdə bir neçə terror aktının təşkilatçısı sayılan tunisli terrorçu Nurəddin Şuşanın olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar