İŞİD liderinin qardaşı oğlu məhv edildi
04 fevral 2016 00:31 (UTC +04:00)

İŞİD liderinin qardaşı oğlu məhv edildi

0

İŞİD liderinin qardaşı oğlu məhv edilib. Lent.az-ın “modern.az”-a istinadən xəbərinə görə, İraq ordusunun atəş zərbəsi nəticəsində Ənbar vilayətinin ərazisində İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin qardaşı oğlu məhv edilib.

 

"As-Sumariya" telekanalı Əl-Xalidiyə şəhərinin Ədliyyə şurasının rəhbərinə istinadla bildirir ki, İraq hərbi aviasiyası bu rayonda yerləşən "şəriət məhkəməsi"nin binasını darmadağın edib.

 

"Bombardman nəticəsində Əbu Əhməd əs-Samrayi — Əbubəkr əl-Bağdadinin qardaşı oğlu və onu müşayiət edən səkkiz nəfər terrorçu məhv edilib", - mənbə belə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar